İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Yaponiya ilə əlaqələri bərpa etməyi planlaşdırmır

İndiki vəziyyətdə Moskva Tokio ilə siyasi əlaqələrin bərpasına təşəbbüs göstərməyi planlaşdırmır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Asiya departamentinin direktoru Lyudmila Vorobyova danışıb.

O, qeyd edib ki, Yaponiya ilə münasibətlərdə atmosfer pisləşməkdə davam edir, Tokio mart ayında 22-ci sanksiya paketini qəbul edib və bu, ikitərəfli münasibətlərə ziyan verir.

"Belə bir şəraitdə biz siyasi əlaqələrin bərpasına başlamaq niyyətində deyilik", - Vorobyova bildirib.

Onun sözlərinə görə, münasibətləri pozmaq Yaponiya tərəfinin seçimidir, ona görə də o, gələcək haqqında düşünməlidir. Diplomat əlavə edib ki, Tokio başa düşməlidir ki, baş nazir Fumio Kişidanın administrasiyası real praktiki hərəkətlərlə dəstəklənən anti-Rusiya siyasətindən əl çəkmədən normal dövlətlərarası dialoqa qayıtmaq mümkün deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR