İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva İrəvanı əlindən buraxmaq istəmir – Rusiya XİN-dən qəzəbli açıqlama

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Avropa İttifaqına doğru yönəlməsi ilə bağlı İrəvana sərt mesaj göndərib.

Musavat.com xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsinin müavini Aleksey Fadeyev Ermənistanın xarici siyasət kursunu şərh edib.

Fadeyev bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində müttəfiqlik münasibətlərindən uzaqlaşaraq Avropa İttifaqına yönəlməsini sadəcə xarici siyasətin “şaxələndirilməsi” kimi təqdim etmək olmaz.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyaya qarşı dost olmayan siyasət yürüdür və bu səbəbdən İrəvanın Aİ-yə doğru dönüşü Moskvada məhz bu kontekstdə qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR