Onlayn ictimai-siyasi qəzet
Ermənistan hakimiyyəti Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının ölkədən çıxarılması və Rusiya Federasiyası ilə münasibətlərin kəsilməsi məsələsini gündəmdə saxlamır.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyanın efirində çıxışı zamanı deyib. Nazir bildirib ki, rəsmi Ermənistanın hazırkı siyasi gündəmində bu mövzu yer almır və bu istiqamətdə hər hansı konkret müzakirələr aparılmır.
Onun sözlərinə görə, Ermənistanın Rusiya Federasiyası ilə münasibətləri mövcud formatda davam edir. Mirzoyan qeyd edib ki, hərbi-siyasi əməkdaşlığın dayandırılması ilə bağlı nə qərar qəbul olunub, nə də belə bir plan mövcuddur.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ