Onlayn ictimai-siyasi qəzet
Yaponiyanın məşhur oyun şirkəti Sega-nın aparıcı mühəndislərindən olan Hideki Sato 77 yaşında dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Hideki Sato dünya oyun sənayesində xüsusi iz qoymuş şəxslərdən biri hesab olunur. O, Sega Mega Drive (Genesis) və Dreamcast kimi məşhur oyun konsollarının yaradılmasına rəhbərlik edib və illərlə şirkətin texniki inkişafının əsas simalarından biri olub.
Xüsusilə 1990-cı illərdə Mega Drive konsolu demək olar ki, bütün dünyada uşaqların ən böyük arzularından sayılırdı. Bir çox ölkələrdə uşaqlar günlərlə “Sonic”, döyüş və macəra oyunlarını oynamaq üçün növbəyə dayanır, bu cihazlar isə bütöv bir nəslin uşaqlıq xatirəsinə çevrilirdi.
Məhz buna görə Hideki Sato yalnız mühəndis deyil, həm də 90-ların uşaqlarının “qəhrəmanlarından biri” kimi xatırlanır. Onun yaratdığı oyun platformaları milyonlarla uşağın ilk virtual macərasını yaşamasına, dostluq və rəqabət mühitində böyüməsinə səbəb olub.
Sato həmçinin Sega Saturn və digər qurğuların hazırlanmasında da iştirak edib və “Sega donanımının atası” kimi tanınıb.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ