Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin bu gün keçirilən plenar iclasının sonunda spiker ş Sahibə Qafarova bildirib ki, bu gün ilaxır çərşənbədir, bir neçə gündən sonra da xalqımız Novruz və Ramazan bayramlarını qeyd edəcək.
Musavat.com-un məlumatına parlament rəhbəri deyib ki, xalqımızın milli-mənəvi dəyərləri arasında mühüm yeri olan Novruz yenilik və bolluq bayramıdır: “Ülvi duyğuların daşıyıcısı olan Ramazan bayramı isə xeyirxahlığı və həmrəyliyi təcəssüm etdirir”.
Spiker təklif edib ki, bu gözəl bayramlar münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqımızın və dövlətimizin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq!
Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sahibə Qafarova qarşıdan gələn bayramlar münasibəti ilə deputatları, həmçinin iclası izləyən media nümayəndələrini səmimi qəlbdən təbrik edib, onlara cansağlığı, firavanlıq və xoşbəxtlik arzulayıb.
E.Paşasoy,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ