İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsmə Aslanqızı “Mikrorayon“ serialına dəvət edilməsindən danışdı

Bəzən filmə-seriala dəvət mesajında rejissorlar beş dənə səhvə yol verirlər.

Musavat.com Report-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Məsmə Aslanqızı deyib.

Aktrisa son illərdə bir neçə serial təklifindən imtina edib. pizza sifarişi

"Ssenariləri məni qane etməmişdi, mənim üçün ssenari çox-çox vacibdir. Başqa tərəfdən isə rejissordan rejissora da fərq var. Bilirsiniz, rejissor məndə yaxşı fikir yaratmırsa, getmirəm. Mən 30 ildir, teatrdayam, bu illər ərzində yığdığım hörməti hansısa bir filmdə, serialda alacağım müəyyən qonorar xətrinə itirə bilmərəm. Bu mənada, seçici davranıram. Ən kiçik nümunəni deyim, bir də görürsən, mesaj gəlir, oxuyursan ki, bir mesajda beş dənə səhv var. Yəni adi bir təklif, adi bir dəvətdə belə bu cür xətalar məni soyudur, çünki bu ilkin təəssüratdır".

Məsmə Aslanqızı "Mikrorayon" serialına dəvət edilməsinə də toxunub.

"Mikrorayon"a dəvət gəldi, ssenarini oxudum, oxuduqca inanın ki, əllərim əsirdi. Çünki bu obrazın həyatıma çox yaxın hiss edirdim. Çəkdiyim əziyyətlər, problemlər, təklik... Oxuduqca bütün bunlar mənim gözümün qarşısından keçdi və başa düşdüm ki, Bahar mənəm. Rejissor Qulu Əsgərova da məhz belə dedim, dedim ki, bilmirəm, siz bu rola kimi təsdiq edəcəksiniz, amma Bahar mənəm".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR