İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur turizm cənnəti od içində – VİDEO

Türkiyənin ən məşhur turizm bölgələrindən olan Muğla və Antalyada genişmiqyaslı meşə yanğınları nəzarətdən çıxmağa başlayıb.

Musavat.com xəbər verir ki, güclü isti və şiddətli külək səbəbindən alov sürətlə yayılır. Bəzi ərazilərdə havanın temperaturu +52 dərəcəyə çatıb.

Yanğınların söndürülməsinə yüzlərlə yanğınsöndürən, təyyarə və helikopter cəlb olunub.

Alov artıq bir sıra yaşayış məntəqələrini təhdid edir. Ehtiyat tədbiri olaraq Muğla vilayətinin Seydikəmər rayonundakı xəstəxana da təxliyə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR