İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənnidən diqqətçəkən açıqlama: Aylıq gəlirim...

İstanbulun Ümraniyə rayonunda 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçının qətlə yetirilməsi ilə bağlı açılan cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, ictimaiyyətdə böyük rezonans doğuran prosesdə təqsirləndirilən şəxslər ilk dəfə hakim qarşısına çıxıblar.

Cinayət işində "qəsdən adam öldürməyə təhrik etmə" maddəsi ilə ittiham olunan müğənni Aleyna Kalaycıoğlu da məhkəmə zalında olub. Kimlik məlumatları dəqiqləşdirilərkən onun aylıq gəliri ilə bağlı verdiyi açıqlama diqqət çəkib. Kalaycıoğlu orta aylıq qazancının 300 min türk lirəsi olduğunu bildirib.

Məhkəmə öncəsi mərhum futbolçunun ailəsi də ədliyyə binası qarşısında açıqlama verərək ədalət tələb edib. Gəncin anası Ülkər Kundakçı oğlunun səbəbsiz yerə həyatdan qoparıldığını deyərək hadisəni "edam" adlandırıb. O bildirib ki, oğluna avtomobilin içində qaçmaq imkanı belə verilmədən atəş açılıb.

aleyna-kalaycioglu-mahkemede-a-19975757-3569_1_m.png (154 KB)

Ata Cemil Kundakçı isə oğlunun planlı şəkildə qətlə yetirildiyini iddia edib. O, təqsirləndirilən şəxslərin vicdanlarının necə rahat ola bildiyini anlamadığını söyləyərək, hadisənin ən ağır şəkildə cəzalandırılmasını tələb edib.

İddialara görə, hadisə reper Vahap Canbayın keçmiş sevgilisi Aleyna Kalaycıoğlu ilə yenidən barışmaq istəyi fonunda başlayıb. Canbay bu məqsədlə dostu Kubilay Kaan Kundakçıdan kömək istəyib. Sonradan baş verən hadisələr isə gənc futbolçunun ölümü ilə nəticələnib.

İş üzrə məhkəmə araşdırmaları və təqsirləndirilən şəxslərin ifadələri davam edir.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR