İnsanlara hürriyət, millətlərə istiqlal!

Mertsdən kəskin mesaj : "Ukraynanın yanındayıq, geri dönüş yoxdur"

Almaniya kansleri Fridrix Merts Ukraynaya dəstəyin dəyişməz olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, o, Rusiyanı mülki əhaliyə qarşı sistemli müharibə aparmaqda ittiham edib.

Kanslerin sözlərinə görə, Berlin heç vaxt “cinayətkar Rusiya rejiminin” yaşlılar, qadınlar və uşaqlar daxil olmaqla mülki əhaliyə qarşı hərbi əməliyyatlarını qəbul etməyəcək.

Merts çıxışında əlavə edib ki, bu müharibə Ukrayna xalqına qarşı “demək olar dözülməz nasist təbliğatı” ilə müşayiət olunur və ukraynalılar tarix boyu həm Almaniya, həm də Rusiya tiraniyasından əziyyət çəkiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR