Onlayn ictimai-siyasi qəzet
Qardabani bələdiyyəsinin Kosalı ictimai məktəbindən şagirdləri ekskursiyaya aparan mikroavtobus qəza keçirib. Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, mikroavtobusda təxminən 30 nəfər olub. Hadisənin yolun kənarında baş verdiyi bildirilir.
İlkin məlumata əsasən, mikroavtobusun sürücüsü nəqliyyat vasitəsini saxladıqdan sonra digər mikroavtobusun sürücüsü ilə söhbət etdiyi vaxt arxadan gələn minik avtomobili mikroavtobusa çırpılıb.
Qəza nəticəsində sürücülərdən biri iki avtomobilin arasında qalaraq hadisə yerində həyatını itirib. Həlak olan şəxsin 68 yaşlı Qardabani sakini olduğu bildirilir.
Hadisə zamanı bir neçə şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ