İnsanlara hürriyət, millətlərə istiqlal!

Məkkədə DƏHŞƏTİN QARŞISI ALINDI: Kəbədə özünü partlatmaq istədi - VİDEO

Səudiyyə Ərəbistanının Məkkə şəhərində, müsəlmanların ziyarətgahı olan Kəbədə intiharçı hücumunun qarşısı alınıb.

Musavat.com xəbər verir ki, təhlükəsizlik qüvvələri terrorçunu anında zərərsizləşdirə biliblər.

Məlumata görə, intiharçı Kəbənin daxilində üzərindəki bomba qurğusunu işə salmağa cəhd göstərib. Lakin partlayıcının fəaliyyətə düşməməsi sayəsində faciənin qarşısı alınıb və şəxs dərhal saxlanılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hücum cəhdinin motivləri və saxlanılan şəxsin kimliyi barədə hələlik rəsmi açıqlama verilməyib.

Faktla bağlı araşdırma aparılır.

@@TVmusavat/156447@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR