Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir “tiktoker” həbs olunub.
Musavat.com bildirir ki, Məhəmməd Nəsibov “TikTok” sosial şəbəkəsində özünə məxsus “7_muxammed_7” adlı səhifədə canlı yayımda digər blogerlərlə söhbətdə nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə hörmətsizlik edən hərəkətlərə yol verib.
Bu əməlinə görə o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə Məhəmməd Nəsibov 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Musavat.com
03 Oktyabr 2026
02 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ