Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəsmiləri də daxil olmaqla, beş şəxsə qarşı cinayət işi açılıb.
Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi faktı təsdiqləyib.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, vergidən yayınmada və köməklik göstərməkdə ittiham olunurlar.
Dövlət Gəlirləri Komitəsinin bir məmuru və bir nəfər isə həbs edilib.
Bildirilir ki, həbs edilənlər arasında Meğri gömrük-keçid məntəqəsinin rəisi də var.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ