İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB liderləri Türkmənistana nəyə gedirlər?

MDB dövlət başçıları gələn həftə- oktyabrın 9-da Türkmənistanın Xəzər sahilində yerləşən Avaza Milli Turizm Zonasında bir araya gələcəklər.

Musavat.com MDB-nin rəsmi saytına istinadən xəbər verir ki, öncə Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Dövlət Başçıları Şurasının toplantısı isə oktyabrın 9-da Avazada keçiriləcək. MDB-nin 35 illiyinin qeyd olunduğu bir vaxtda keçirilən sammitdə Birlik daxilində çoxtərəfli əməkdaşlığın perspektivləri və gələcək fəaliyyət istiqamətləri müzakirə olunacaq.

Ancaq Avazadakı diplomatik gündəmin Azərbaycan üçün daha mühüm hissəsi 8 oktyabrda keçiriləcək Mərkəzi Asiya dövlətlərinin toplantısında iştirakdır. Bu formatda Azərbaycanın tamhüquqlu iştirakına ötən il qərar verilib və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov da bunun regional əməkdaşlığa yeni dinamika verəcəyini bildirib.

Picture background

Görüşün gündəliyi Azərbaycanın regional maraqları baxımından kifayət qədər diqqətçəkəndir. Təhlükəsizlik və sabitlik, siyasi-diplomatik əlaqələr, ticarət və iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat-logistika dəhlizləri, Xəzər və ekoloji məsələlər əsas mövzular sırasındadır. Burada xüsusilə nəqliyyat və enerji məsələləri ön plana çıxır.

Azərbaycanla Mərkəzi Asiya arasında Xəzər üzərindən bağlantıların genişləndirilməsi, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı və Orta Dəhlizin imkanlarının artırılması Bakı üçün strateji əhəmiyyət daşıyır. Türkmənistan və Azərbaycan da son görüşlərində nəqliyyat dəhlizləri, enerji və Xəzər əməkdaşlığını prioritet istiqamətlər kimi müəyyənləşdiriblər. Bu mənada Avaza görüşünü yalnız növbəti regional toplantı kimi qiymətləndirmək düzgün olmaz. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri artıq ikitərəfli əlaqələrdən daha geniş, institusional regional əməkdaşlıq formatına keçir. Altıtərəfli mexanizmdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirakı Xəzər hövzəsi ilə Mərkəzi Asiyanı daha sıx bağlayan siyasi-iqtisadi platforma yaradır.

Руководители стран СНГ договорились о наделении ШОС статусом наблюдателя

MDB sammitinin isə başqa bir tərəfi var. Türkmənistanın təşkilata sədrliyi dövründə əsas prioritetlər sırasında iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları, enerji, rəqəmsal transformasiya və ekologiya dayanır. Avaza sammitinin gündəliyi təkcə MDB çərçivəsində müzakirələrlə məhdudlaşmaya bilər. Belə yüksək səviyyəli toplantılar, bir qayda olaraq, dövlət başçıları üçün ikitərəfli görüşlər keçirmək imkanı da yaradır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin ayrıca görüş keçirməsi də istisna edilmir. Xüsusilə sentyabrın 7-də baş tutan telefon danışığından sonra iki ölkə arasında siyasi təmasların davam etdirilməsi barədə razılaşma əldə edilməsi bu ehtimalı gündəmdə saxlayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR