İnsanlara hürriyət, millətlərə istiqlal!

Maradonanın "Tanrının əli" qolunun vurulduğu top hərraca çıxarılır

Musavat.com xəbər verir ki, futbol tarixinin ən mübahisəli məqamlarından birinin şahidi olan tarixi oyun topu hərraca çıxarılıb.

2020-ci ildə həyatını itirən futbol əfsanəsi, argentinalı Diyeqo Armando Maradonanın 1986-cı il Dünya Çempionatının dörddəbir final matçında İngiltərəyə əli ilə vurduğu və tarixə "Tanrının əli" bəyanatı ilə düşən qolda istifadə edilən top Böyük Britaniyanın paytaxtı Londondakı "Graham Budd" hərrac evində 2,37 milyon dollara satışa çıxarılıb. 

Hakim epizodu aydın görə bilməyib

Həmin qarşılaşmanı idarə edən tunisli hakim Əli Bin Nasser vurulan mübahisəli qol haqqında bu sözləri deyib:

"Mən mövqeyi dəqiq görə bilmədim. Şilton və Maradonanın arxası mənə tərəf idi". 

 Screenshot_2.png (406 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR