İnsanlara hürriyət, millətlərə istiqlal!

Maliyyə nazirindən qeyri-neft sektoru ilə bağlı nikbin açıqlamalar

Milli Məclisdə çıxış edən maliyyə naziri qeyri-neft sektorundan da bəhs edib.

Musavat.com-un məlumatına görə, nazir deyib ki, qeyri-neft gəlirlərinin payı cari illə müqayisədə 5 faiz bənd artaraq 63 faizə çatacaq.

“Demək olar ki, biz növbəti illərdə artıq icmal büdcəmizin 3-də 2-sini hissəsini qeyri-neft sektorunun hesabına təmin edəcəyik. Bu tendensiya davam edəcək ki, 2029-cu ilə qədər bizim proqrnozumuz bu rəqəmin 69-70 faizə çatması nəzərdə tutulur” - o deyib.

S.Babayev deyib ki, bu istiqamətdə görüləcək işlər ilk növbədə ölkəmizin neft asılığının daha da aşağı salınmasına imkan verəcək və qeyri-neft sektorunun inkişafının daha da sürətlənməsinə şərait yaradacaqdır:

“Eyni zamanda dövlət büdcəsinin qeyri-neft gəlirlərində vergi gəlirlərinin xüsusi çəkisi artacaqdır. İcmal büdcəmizdə bu göstərici 63 faiz, dövlət büdcəsində isə 57,4 faiz olacaqdır və ümumilikdə qeyri-neft gəlirlərində vergi gəlirlərinin payı 79 faiz olacaq. Bu iki göstəricinin hər ikisi də son 20 ildə ən yüksək göstəricilərdir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR