İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro əməliyyatının nəticəsi: Yeddi yaralıya qarşı 75 ölü

Venesuela prezidenti Nikolas Maduronun oğurlanması zamanı mülki şəxslər də daxil olmaqla təxminən 75 nəfər həlak olub.

Musavat.com xəbər verir ki, ABŞ administrasiyası belə hesab edir.

The Washington Post-un (WP) Ağ Evdəki mənbəyə istinadən verdiyi məlumata görə, əməliyyatda "ən azı 67 nəfər həlak olub". Başqa bir mənbə ölənlərin sayını "təxminən 75-80" olaraq bildirib. Nəşr dəqiqləşdirib ki, öldürülənlər arasında Kuba və Venesuela hərbçiləri, eləcə də mülki şəxslər var.

ABŞ prezidenti Donald Tramp əvvəllər əməliyyatda çoxsaylı hərbçilərin, əsasən kubalıların öldürüldüyünü bildirmişdi. O, əməliyyatı "gözəl" və "çox mürəkkəb" adlandırmışdı.

Kuba prezidenti Migel Dias-Kanel isə Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ tərəfindən oğurlanması nəticəsində döyüş tapşırıqlarını yerinə yetirərkən 32 kubalının öldüyünü bildirmişdi. Adada iki günlük matəm elan edilib. Venesuela hakimiyyəti ABŞ-ın təcavüzü nəticəsində hərbçilərin və mülki şəxslərin itkisi ilə bağlı yeddi günlük matəm elan edib.

Fox News-un məlumatına görə, ABŞ-ın Venesuelaya qarşı əməliyyatı zamanı yeddi amerikalı hərbçi yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR