İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkodan İrəvana: “Fransaya konyak sata biləcəksiniz”?

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı konyak da daxil olmaqla məhsullarını Avropa İttifaqında sata bilib-bilməyəcəyini düşünməyə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, Avrasiya hökumətlərarası şuranın toplantısında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə deyib:

"Əgər Avropa İttifaqına qoşulmaq qərarına gəlmisinizsə, hara tələsirsiniz? Konyakınızın, tərəvəz və meyvələrinizin hara gedəcəyini, hansı miqdarda satılacağını, bu gün bizə satdığınız məhsulu əvəz edə biləcəyinizi dəqiq müəyyənləşdirin. Əgər Fransanın sizin konyakınızı alacağına əminsinizsə, davam edin. Onlar öz konyaklarını necə edəcəklər ki, sizdən alsınlar. Hara qaçırsınız?"

Lukaşenko sözünün davamında ermənilərin arabanı atın qabağına qoyduğunu bildirib.

Belarus prezidentinin sözlərindən elə çıxıb ki, Ermənistanın şöhrətli məhsullarını yalnız bu ölkənin Aİİ üzvü olduğuna görə alırlar, İrəvan Avropa İttifaqına qoşulsa, həmin məhsullar keyfiyyətini itirəcək və Aİİ ölkələrinə lazım olmayacaq.

Xatırladaq ki, Belarusun Dövlət Standartlaşdırma Komitəsi ötən ayın əvvəlində “İrəvan 2800” konyakında aşılayıcı maddələrin miqdarıın müəyyən edilmiş tələblərdən aşağı olduğunu əsas gətirərək bu “təhlükəli içki”nin ölkə ərazisində satışına qadağa qoyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR