İnsanlara hürriyət, millətlərə istiqlal!

Livanda GİZLİ ƏMƏLİYYAT - Laricaniyə qarşı sui-qəsdin qarşısı son anda ALINDI

“Əl-Mahatta” podkastının yaydığı məlumata görə, Livanda İranın tanınmış siyasi fiquru və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə qarşı planlaşdırılan sui-qəsdin qarşısı alınıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.

Livanlı jurnalistlər Həsən Alik, Rədvan Mortada və Qasım Qasım təhlükəsizlik mənbələrinə istinadla bildiriblər ki, əməliyyat əvvəlcədən izlənərək zərərsizləşdirilib.

Məlumata görə, plan 2025-ci ilin əvvəlindən hazırlanıb və Laricaninin mümkün səfər marşrutları ətrafında logistika şəbəkəsi qurulub. Sui-qəsdin texnoloji vasitələrlə və məsafədən icra olunması nəzərdə tutulub, məqsəd isə icraçıların hadisə yerində iz buraxmaması olub.

Təhlükəsizlik orqanları şübhəli hərəkətləri izləyərək əsas fiquru saxlayıb, nəticədə əlaqəli məkanlar və avadanlıqlar aşkar edilib. Bu, planın ciddi şəkildə hazırlandığını göstərib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR