Onlayn ictimai-siyasi qəzet
Kürdəmirdə 91 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildi
30 sentyabr 2026-cı il tarixində saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verib.
Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb.
Məlumata görə, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyətə geniş məlumat verilməsi nəzərdə tutulur.
Faktla bağlı araşdırmalar aparılır.//Report
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ