Onlayn ictimai-siyasi qəzet
İstanbulun Kadıköy rayonunda borc mübahisəsi zəminində silahlı hücuma məruz qalan 36 yaşlı E.Ö.-nün "Gelinim Mutfakta" verilişi ilə tanınan Beyhan Öksüzün oğlu olduğu məlum olub. Hadisəni törədən şəxs həbs edilib.
Musavat.com xəbər verir ki, hadisə 30 sentyabr tarixində, saat 17:20 radələrində Rasimpaşa məhəlləsində baş verib.
Məlumata görə, E.Ö. ilə S.Ç. arasında borc üstündə ədavət yaranıb. S.Ç. yanına İ.E. və M.A.-nı alaraq E.Ö.-nün olduğu ünvana gəlib. Tərəflər arasında başlayan mübahisə böyüdükdən sonra M.A. tapançadan atəş açaraq E.Ö.-nü yaralayıb.
Hər iki dizindən və çanaq nahiyəsindən xəsarət alan E.Ö. təcili xəstəxanaya çatdırılıb. Müalicəsi davam etdirilən yaralının səhhətinin yaxşı olduğu bildirilir.
Hadisədən sonra qaçan S.Ç., İ.E. və M.A. polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Məhkəməyə çıxarılan şübhəlilərdən atəş açan M.A. qəsdən sağlamlığa ağır xəsarət yetirmə ittihamı ilə həbs olunaraq həbsxanaya göndərilib.
Musavat.com


13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ