İnsanlara hürriyət, millətlərə istiqlal!

Kubok sevinci boğazlarında qaldı – ABŞ-dən İspaniya millisinə ağır tələb

ABŞ hakimiyyəti dünya çempionu olan İspaniya milli komandasından ABŞ ərazisində əldə edilən gəlirlərə görə 15 milyon dollardan çox vergi ödəməyi tələb edib.

Musavat.com xəbər verir ki, Fox News-un məlumatına görə, tələb olunan məbləğ mükafat fondunun təxminən 30 faizinə bərabərdir.

FIFA-nın Dünya Çempionatı reqlamentinə əsasən, turnirin qalibləri ev sahibi ölkədə bu mükafata görə vergidən azad edilir. Lakin amerikalı hüquqşünaslar fərqli hüquqi şərhə nail olublar.

Onlar sübut ediblər ki, İspaniya milli komandası vahid kollektiv deyil, ayrı-ayrı fiziki şəxslərin məcmusudur. Bu yanaşma nəticəsində futbolçuların qazandıqları mükafatın ABŞ-də gəlir vergisinə cəlb olunması tələb edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR