Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) münaqişə zonasını genişləndirərək Küveytin həyati əhəmiyyətli mülki infrastrukturuna ağır zərbələr endirib.
Musavat.com xəbər verir ki, Küveyt hakimiyyəti ölkənin əsas dəniz suyu təmizləyici (şirinləşdirmə) zavodunun raket hücumuna məruz qaldığını və obyektin mühüm komponentlərinə ciddi maddi ziyan dəydiyini rəsmən təsdiqləyib. Küveyt kimi səhra ölkələri üçün bu cür müəssisələr yaşayışın yeganə mənbəyi hesab olunur, çünki ölkənin içməli su ehtiyacının təxminən 90%-i məhz dəniz suyunun şirinləşdirilməsi hesabına ödənilir. Bu strateji obyektin sıradan çıxması ölkədə humanitar fəlakət riskini və su qıtlığını pik həddə çatdırıb. Şirin su zavoduna edilən raket zərbəsindən bir neçə saat əvvəl isə Küveytin ən böyük neft emalı zavodlarından biri İranın kamikadze dronlarının hücumuna məruz qalıb və müəssisənin bəzi bölmələrində yanğınlar qeydə alınıb.
Bildirilir ki, İranın Küveytə hücumu ABŞ-ın regiondakı müttəfiqlərinə, xüsusən də öz bazalarını Amerika qırıcılarına açan ölkələrə birbaşa "qanlı xəbərdarlıq" mesajıdır. Hazırda Küveytin bütün strateji obyektlərində yüksək hazırlıq vəziyyəti elan edilib və şəhərlərdə içməli suyun paylanmasına məhdudiyyətlərin tətbiq edilə biləcəyi gözlənilir. Bu gərginlik fonunda dünya bazarında neft qiymətlərinin yenidən rekord qıracağı proqnozlaşdırılır.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ