İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdən Bakıya gözlənilməz səfər: Viktor Yuşşenko Azərbaycandadır

Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Bakıya səfərə gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonu Bakıda salamlamaq mənə böyük şərəfdir!" – deyə diplomat öz paylaşımında qeyd edib. Səfir tərəfindən eks-prezidentin Bakıya gəlişinin dəqiq məqsədi və proqramı barədə əlavə təfərrüat verilməyib.

Xatırladaq ki, Viktor Yuşşenko 2005–2010-cu illərdə Ukrayna Prezidenti vəzifəsini icra edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR