İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirkorov 20 yaşlı modelə bahalı saat hədiyyə edib ağladı - VİDEO

“Miss Rusiya 2024” və “Miss BRİKS 2026” titullarının sahibi Valentina Alekseyeva 20 yaşını Monakoda qeyd etdikdən sonra Moskvaya qayıdıb.

Model doğum gününü paytaxtda dostları və yaxınlarının əhatəsində qeyd edib. Məclisin qonaqları arasında Rusiyanın Xalq artisti Filipp Kirkorov da olub.

Sənətçi Valentinaya üzəri brilyantlarla bəzədilmiş “Rolex” saatı hədiyyə edib. Model bahalı hədiyyəni qəbul edərək Kirkorova təşəkkür edib. Lakin bu an ən çox duyğulanan şəxs elə müğənninin özü olub. Kirkorov model ilə foto çəkdirərkən göz yaşlarını saxlaya bilməyib.

Məlumata görə, hədiyyə edilən saatın qiyməti 30 minlə 201 min manat arası dəyişə bilər.

Qeyd edək ki, daha əvvəl Valentina Monakodakı hotel otağında qızılgül buketləri və məşhur brendlərin hədiyyələri arasında fotosunu paylaşmışdı. Kadra üç “Cartier” qutusu, “Chanel”dən iki hədiyyə və “Hermès” paketinin də düşdüyü həmin paylaşımda hədiyyələri modelə kimin təqdim etdiyi açıqlanmayıb. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR