İnsanlara hürriyət, millətlərə istiqlal!

Keşiş Baqrat Qərbi Zəngəzurdadır-səbəb?  

Üçüncü gündür Zəngəzurun qərbində dolaşan arxiyepiskop Baqrat Qalstanyan Şurnuxu (Şurnux) sərhəd kəndinə səfər edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, revanşist keşiş sakinlərlə görüşüb.

Xatırladaq ki, Azərbaycan ordusunun keçirdiyi əməliyyat nəticəsində Qubadlı rayonunun Şurnuxu kəndi işğaldan azad edilib və ərazidə sərhədçilərimiz mövqelərini möhkənləndiriblər.

Revanşist keşişin bu bölgəyə səfəri heç şübhəsiz sağlam niyyətdən irəli gəlmir. Sərhədlərin delimitasiya və demarkasiya işlərinin Zəngəzur bölgəsində davam etdiriləcəyi barədə Ermənistanda yayılan xəbərlərin ardınca Baqrat bu ərazilərdə peyda oldu.

Bundan əvvəl o, Nerkin And, David Bek icmalarını, daha sonra isə Kapan şəhərində olub. Dünən səhər tezdən arxiyepiskop Qaregin Njdenin məzarını ziyarət etmək üçün Xustup dağına çıxıb.

Sakinlərlə görüşlərdə arxiyepiskop mübarizəsindən geri çəkilməyəcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR