Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq İranın əsas neft terminalının yerləşdiyi adanın ələ keçirilməsini təklif edib.
Musavat.com xəbər verir ki, şimali Fars körfəzində sahildən təxminən 29 kilometr aralıda yerləşən ada İranın neft ixracatının təxminən 90%-nə nəzarət edir.
Kelloqun sözlərinə görə, adanın ələ keçirilməsi İranı iqtisadi cəhətdən zəiflədə və Çin və Rusiyanı dəstəkləmək qabiliyyətindən məhrum edə bilər.
“Xarq adası alınarsa, bu, İran iqtisadiyyatını təcrid edəcək. Onlar artıq Çinə də, Rusiyaya da dəstək verə bilməyəcəklər”, - deyə keçmiş xüsusi nümayəndə vurğulayıb.
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ