Onlayn ictimai-siyasi qəzet
Ermənistan məhkəməsi parlamentin keçmiş deputatı Martun Qriqoryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi eks-deputatla bağlı ittihamı açıqlayıb. Bildirib ki, seçki cinayəti ilə bağlı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində başlanmış cinayət işi çərçivəsində “Çiçəklənən Ermənistan” partiyasının siyahısıyla deputatlığa namizəd olub. Həmin iş üzrə təqsirləndirilən şəxs qismində keçən Martun Qriqoryan məhkəmədə həbs qətimkan tədbirinin seçilməsi məqsədilə saxlanılıb.
Musavat.com
15 Avqust 2026
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ