Onlayn ictimai-siyasi qəzet
Aktyor Kamran Ağabalayev İtaliyaya yollanıb.
Musavat.com xəbər verir ki, aktyor hazırda Milan şəhərindədir. O, İtaliyadan görüntüləri sosial media hesabında paylaşıb.
Kamran Ağabalayevin Milan səfərinin səbəbi reklam çəkilişidir. Aktyor İtaliyanın məşhur brendlərindən birinin reklam layihəsində rol alacaq.
Kamran çəkilişlə bağlı hələlik təfərrüatları açıqlamayıb. Aktyor yalnız yaxın günlərdə əməkdaşlıq etdiyi brendin adını açıqlayacağını bildirib.
Könül
Musavat.com


18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ