İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadr böhranı bazarı silkələdi: ustalara 5 min manata yaxın maaş təklif olunur

Rusiyada texniki ixtisaslara tələbat kəskin artıb, əmək bazarında ciddi kadr çatışmazlığı yaranıb.

Musavat.com xəbər verir ki, xüsusilə çilingər və santexniklərin maaşları 2023-cü illə müqayisədə 1,5–2 dəfə yüksəlib və bəzi hallarda aylıq 300 min rubla (təxminən 5 400 manat) çatıb.

Mütəxəssislər artımı həm inflyasiya, həm də sənaye və tikinti sektorunda ixtisaslı işçi qüvvəsinə artan ehtiyacla izah edirlər. Ən yüksək əməkhaqqı sənaye sahələrində qeydə alınır. Kömür sənayesində gəlir 200 min rubladək (təxminən 3 600 manat) yüksəlir.

Avadanlıqların təmiri üzrə vax­talı layihələrdə çalışan çilingərlər 185–224 min rubl (təxminən 3 330–4 030 manat), neft-qaz və dağ-mədən sektorunda isə 190–230 min rubl (təxminən 3 420–4 140 manat) qazanırlar.

Müasir yaşayış komplekslərində isə vəziyyət daha fərqlidir. Rəsmi işlə yanaşı fərdi sifarişləri də yerinə yetirən ustaların aylıq gəliri 250–300 min rubl (təxminən 4 500–5 400 manat) arasında dəyişir. Ekspertlər bildirirlər ki, iri yaşayış massivlərində qəza, quraşdırma və profilaktik işlər fasiləsiz davam etdiyindən peşəkar ustalara sifariş çatışmır.

Əmək bazarındakı bu dinamika göstərir ki, ali təhsilli ofis işçilərindən fərqli olaraq, praktiki bacarıqlara malik ustalar hazırda Rusiyada ən yüksək maaş alan peşə qruplarından birinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR