Onlayn ictimai-siyasi qəzet
Müğənni İzzət Bağırov 35 illik səhnə fəaliyyətinə həsr olunan yubiley konsertində həmkarı Niyam Salaminin sürprizi ilə qarşılaşıb.
Musavat.com xəbər verir ki, Salami həmkarına qeyri-adi hədiyyə təqdim edib.
Müğənninin Buğa bürcündən olduğunu nəzərə alan Niyam ona üzəri güllərlə bəzədilmiş böyük buğa başı suveniri bağışlayıb.
Qeyri-adi hədiyyə konsert zamanı İzzət Bağırova təqdim olunub və maraqla qarşılanıb. Sənətçi həmkarının bu fərqli jestinə görə ona təşəkkür edib.
Könül
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ