İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya nəhəngi "Real Madrid"ə Arda Güler ​​üçün təklif göndərdi

Ötən mövsüm La Liqaya keçən və hazırda oyunu ilə parlayan Arda Güler ​​üçün təkliflər yağır.

"Real Madrid"in indiyə qədər bütün təklifləri rədd etdiyi, lakin bu dəfə "Yuventus"un Arda Güler üçün kral klubuna təklif göndərdiyi bildirilir.

Qeyd edək ki, bunadək İspaniyadan "Xetafe", "Sevilya" və "Betis" futbolçunun izinə düşüb. İndi isə Kənan Yıldızın çıxış etdiyi "Yuventus" da bu sıraya qoşulub.

"Real Madrid" isə Arda Gülerin gedişi üçün qapını bağlayıb. Ançelotti gələn mövsüm Arda Güleri daha çox komandada görmək istəyir. Ən azından Ardanın yeni mövsüm hazırlıqlarına Madriddə başlayacağı dəqiqdir. Ancaq komandadakı ulduz sıxlığı səbəbindən ona oyun vaxtı çatmasa, o zaman Ardanın icarəyə verilməsi gündəmə gələ bilər.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR