İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ - 11 nəfər yaralandı

İsveçrənin Entremon əyalətinin Le-Şabl kəndində keçirilən karnaval zamanı konfet topunun hava kompressorunun partlaması nəticəsində 11 nəfər yaralanıb.

Bu barədə RTS teleradio şirkəti yerli polisə istinadən məlumat verib.

"Le-Şabldə keçirilən karnaval zamanı konfet topunun hava kompressoru partlayıb və 11 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır və o xəstəxanaya vertolyotla aparılıb", - məlumatda deyilir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.//apa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR