İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna parlamentində dil davası: rusdilli vətəndaşlar xain elan edildi

Ukrayna Ali Radasının Söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin ölkədəki rusdilli vətəndaşlarla bağlı kəskin və qalmaqallı bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, deputat rusdilli ukraynalı anlayışını qəbul etmədiyini bildirib.

Yurçişin öz açıqlamasında vurğulayıb: "Rusdilli ukraynalı deyilən bir şey yoxdur. Ya rusiyalılar var, ya da Rusiyanın öz mədəni dünyasına çəkdiyi və xainə çevrilmiş ukraynalılar var".

Ukraynalı deputatın bu fikirləri ölkə cəmiyyətində və sosial şəbəkələrdə geniş müzakirələrə və ciddi narazılığa səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR