Onlayn ictimai-siyasi qəzet
Son günlər stresli dövrdən keçən məşhur müğənni İrem Derici sağlamlıq vəziyyəti ilə bağlı fanatlarını narahat edən paylaşım edib.
Milli.Az xəbər verir ki, bəzi məşhurlara qarşı keçirilən narkotik əməliyyatında jandarma nəzarətində qan, sidik və saç nümunəsi götürülən İrem Dericinin narkotik istifadə etmədiyi müəyyən edilmişdi. Lakin bu hadisədən sonra yaşadığı intensiv stres və yorğunluq səbəbindən müğənni xəstəxanaya yerləşdiriib.
Xəstəxanadan paylaşım edən Derici vəziyyətini belə izah edib:
"Nə istəsəniz var - qrip, ishal, gəzə bilmirəm, halsızlıqdan heç bir yerim hərəkət etmir."
Uzun müddətdir səhnədə olan İrem Derici, səhhətindəki problemlərə görə Uşak konsertini təxirə salıb: "Günlərdir gözlədiyim Uşak konsertimi təxirə salmaq məcburiyyətində qaldım. Həkim 5 gün istirahət verib."
![]()
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ