İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

İranda fəaliyyət göstərən bir sıra kürd qruplaşmaları ölkədəki mövcud hakimiyyətə qarşı bəyanatla çıxış ediblər.

Musavat.com xəbər verir ki, yayılan bəyanatda İranın hazırkı siyasi sisteminə qarşı çıxılaraq ölkədə siyasi quruluşun dəyişdirilməsinin vacibliyi vurğulanıb. Qruplaşmalar bildiriblər ki, ölkədə demokratik idarəetmə sistemi qurulmalı, müxtəlif xalqların milli hüquqları tanınmalıdır.
Bəyanatda İran azərbaycanlılarına da müraciət yer alıb. Kürd qruplaşmaları azərbaycanlıları əməkdaşlığa və dialoqa çağıraraq, kürdlər və azərbaycanlıların birgə yaşadığı bölgələrdə ortaq yerli idarəetmə modelinin mümkünlüyünü qeyd ediblər.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR