Onlayn ictimai-siyasi qəzet
İranda genişmiqyaslı əməliyyat zamanı yüzlərlə “Starlink” peyk internet sistemi müsadirə edilib. Bu barədə Tasnim agentliyi ölkənin Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, rəsmi Tehran “Starlink” sistemlərindən istifadənin qanunsuz olduğunu bəyan edib və bunu milli təhlükəsizliyə təhdid kimi qiymətləndirir. Xüsusilə müharibə şəraitində bu cür texnologiyalardan istifadə edən şəxslərə qarşı ən sərt cəzaların tətbiq olunacağı bildirilib.
Nazirlikdən verilən açıqlamada qeyd olunur ki, ABŞ və İsraillə əlaqəli şəxslərin bu sistemlərdən istifadə etməsi daha ağır nəticələrə səbəb ola bilər. Rəsmi qurumlar belə halların “casusluq və ya düşmənlə əməkdaşlıq” kimi qiymətləndiriləcəyini vurğulayır.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ