Onlayn ictimai-siyasi qəzet
İran Parlamentində Xarici İşlər naziri Abbas Əraqçıya qarşı impiçment təşəbbüsü gündəmə gəlib.
Musavat.com xəbər verir ki, bu barədə Parlamentin 90-cı Maddə Komissiyasının sədr müavini Hüseynəli Hacı Deliqani məlumat verib.
Deliqaninin sözlərinə görə, Omanla Hörmüz boğazı barədə istənilən razılaşma mütləq Parlament tərəfindən təsdiqlənməlidir.
O, nazir Əraqçıdan ABŞ ilə aparılan vasitəçi danışıqlar barədə rəsmi izahat tələb edib.
Deputat XİN heyətinin təfəkkürünü tənqid edərək onların hələ də “Qacarlar dövründə qaldığını”, qorxu və acizlikdən asılılıq yaratdığını bildirib. Deliqani diplomatik fəaliyyətin gerilədiyini vurğulayıb.
Onun sözlərinə görə, deputatlar Əraqçını izahat üçün Parlamentə çağırmağa hazırlaşır və onun istefaya göndərilməsi üçün imza toplamağa başlayıblar.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ