Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İranın Qeşm adasında güclü partlayış səsləri eşidilib.
"Tasnim" xəbər agentliyinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, həyəcana səbəb olan bu səslərin pərdəarxasında Hörmüz boğazında həyata keçirilən xüsusi əməliyyat dayanır.
Mənbə bildirib ki, Qeşm adasında eşidilən partlayışlara səbəb Hörmüz boğazında "düşmən hədəflərinin zərərsizləşdirilməsi əməliyyatı" olub.
Məlumata görə, baş verən hadisə və əməliyyatın təfərrüatları barədə ətraflı məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Musavat.com
01 Oktyabr 2026
30 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ