İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldonun bacısı da "söhbətə qoşuldu": "Artıq yorucudur..."

Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldonun yığmanın düşərgəsini tərk etməsindən sonra ulduz futbolçunun bacısı Katia Aveiro məsələ ilə bağlı öz fikirlərini bölüşüb.

Musavat.com xəbər verir ki, K.Aveiro sosial şəbəkə hesabında paylaşım edərək baş verənlər haqqında yazıb. Katia Aveiro qardaşını bu sözlərlə müdafiə edib: “Artıq yorucudur. Deyilməli olanı faktlarla deməmək... Danışırlar, danışırlar və heç nə bilmirlər.”

Qeyd edək ki, Kriştiano Ronaldonun millidən ayrılmasının dəqiq səbəbləri hələlik tam açıqlanmasa da, ulduz futbolçunun gedişi və ailəsinin paylaşımı futbol ictimaiyyətinin diqqət mərkəzindədir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR