Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Kolorado ştatının Aspen şəhərində qeyri-adi hadisə yaşanıb.
Musavat.com xəbər verir ki, ac qara ayı yerli istehsalçıların təşkil etdiyi bazara enərək çörək məhsulları satılan piştaxtaya dadanıb. Ayı arxa ayaqları üzərində qalxaraq piştaxtadakı təzə çörək və müxtəlif xəmir məmulatlarını yeməyə başlayıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və yüz minlərlə baxış toplayıb.
Hadisə yerinə gələn Aspen polisi ayını ərazidən uzaqlaşdırmaq üçün çəkindirici üsullardan istifadə edib. Bundan sonra ayı əvvəlcə yaxınlıqdakı ağaca dırmaşıb, daha sonra isə bazar ərazisindən uzaqlaşıb.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ