İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verdi

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb. Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR