Onlayn ictimai-siyasi qəzet
İranda hakimiyyətə qarşı narazılıq yenidən küçələrə çıxır.
Musavat.com xəbər verir ki, ölkənin İlam əyalətində keçirilən aksiyalar zamanı etirazçılar “diktatora ölüm” və “Xameneiyə ölüm” şüarları səsləndiriblər.
Məlumata görə, hadisələr son etirazlarda həlak olan şəxslərin 40 mərasimləri ərəfəsində baş verib. İran cəmiyyətində uzun illərdir davam edən ənənəyə görə, həlak olanların qırx mərasimi yeni etiraz dalğasının başlanğıc nöqtəsinə çevrilir və bu mərasimlər tez-tez siyasi şüarlara səhnə olur.
Videolarda yüzlərlə insanın küçələrə toplaşdığı, təhlükəsizlik qüvvələrinin isə əraziyə əlavə qüvvələr cəlb etdiyi görünür. Yerli mənbələr bildirir ki, aksiyalar əsasən gənclərin təşəbbüsü ilə təşkil olunub və hökumət əleyhinə çağırışlar səsləndirilib.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ