İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana HÜCUM tarixi açıqlandı – Olimpiadadan sonra...

Qış Olimpiya Oyunlarından sonra İrana hərbi hücumun mümkünlüyü istisna edilmir. Bir sıra ekspertlər bu ehtimalı Ukrayna müharibəsi ilə analogiya apararaq əsaslandırırlar. Onların fikrincə, Rusiya prezidenti Vladimir Putin Pekin Olimpiadasının başa çatmasını gözlədikdən sonra Ukraynaya hücum əmri vermişdi.

Oxşar ssenarinin ABŞ prezidenti Donald Tramp tərəfindən də tətbiq oluna biləcəyi iddia olunur. Hazırda Qış Olimpiya Oyunları İtaliyada keçirilir. ABŞ lideri isə mövzu ilə bağlı açıqlamasında “biz tələsmirik, Venesuela məsələsində də tələsməmişdik” deyə bildirib.

Qeyd edək ki, yaxın günlərdə ABŞ–İran danışıqlarının ikinci raundunun keçirilməsi gözlənilir. Fevralın 9-da isə İran Məclisi Tehranın nüvə proqramı ilə bağlı ABŞ ilə aparılan danışıqların birinci raundunun aralıq nəticələrini müzakirə etmək üçün qapalı iclas keçirəcək. İclasda İranın xarici işlər naziri Abbas Əraqçinin də iştirakı nəzərdə tutulur.

Bütün bu proseslər fonunda əsas sual açıq qalır: ABŞ doğrudanmı olimpiadadan sonra İrana hücum edəcək ?

Tramp Xamenei barədə: “Çox ciddi narahat olmalıdır”

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, ABŞ İrana hücumu təxirə də sala bilər.

Onun sözlərinə görə, “Epşteyn işi” vəziyyəti kökündən dəyişə bilər:

“Hazırda Donald Trampı narahat edən və onu İrana hücumdan çəkindirən əsas amil Epşteyn hadisələrdir. ABŞ-nin bir çox ştatlarında insanlar bu işin təfərrüatı və orada Trampın iştirakı ilə bağlı xüsusi bülleten çap etdirirlər və evlərin divarlarına vururlar. Amerikalılar Trampın prezident kimi idarəetmə qabiliyyətini və həyatını müzakirə edirlər. Onun impiçment məsələsi gündəmə gəlib və xalq müzakirə edir. Əlbəttə, Qış Olimpiya oyunlarının bu məsələyə təsiri var. Çünki Olimpiya sülh və qardaşlıq, millətlər arasında dostluq oyunlarıdır. Lakin əsas təsir Epşteyn hadisələri orada Trampın iştirakı məsələsidir. Onun 503 dəfə Epşteyn hadisələrində iştirakı aşkarlanıb. Hadisələrin yeni məqamları hələ açılır”.

Politoloq bildirir ki, sionist mafiya Trampa İrana hücumla bağlı təzyiq göstərir və gündəmə saxlayır:

“Sionizm ideologiyasının ABŞ siyasətinə təsiri böyükdür. İsrail olmasaydı, ABŞ İrana bu qədər kin və nifrətlə yanaşmazdı. Oyunlardan sonra sionizm və ABŞ-dəki ideologiyanın qarşı-qarşıya gəlməsi mümkündür. Sionizmin qələbə çalma ehtimalı böyükdür. Ola bilsin ki, Olimpiadadan sonra yeni detallar açıqlansın və Tramp hücumdan geri çəkilsin. Belə olan halda onun impiçment məsələsi konqres və senatda gündəmə gələ bilər”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR