Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin sərt və açıq mesajlarından sonra Tehranın ritorikasında dəyişiklik müşahidə olunur. Musavat.com xəbər verir ki, bu barədə Real TV-nin jurnalisti Vəfa Həmzəyeva məlumat yayıb.
Məlumata görə, İran Azərbaycanla sərhəd xəttində topladığı hərbi qüvvələrin bir hissəsini geri çəkməyə başlayıb. Qalan bölmələrin isə açıq mövqelərdən çıxarılaraq müdafiə bunkerlərinə yerləşdirildiyi bildirilir.
Qeyd olunur ki, Prezident İlham Əliyevin qısa, lakin çox aydın mesajından sonra vəziyyət dəyişib. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri tam səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyata hazırdır.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ