İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfiri “artsax” pavilyonunda – Bakıdan ETİRAZ

İran səfiri “artsax” pavilyonunda – Bakıdan ETİRAZErmənistanın Sisian şəhərində keçirilən “Navasarad” festivalında İran səfiri Xəlil Şirqolaminin iştirakını təsdiqləyən video yayılıb. “Yeni Sabah” xəbər verir ki, özü-özlüyündə elçinin Ermənistan ərazisində keçirilən hansısa mədəni tədbirdə iştirakı heç bir sual və ya narazılıq yarada bilməz. Amma diplomatın “artsax” pavilyonuna baş çəkməsi əsla anlaşılan deyil.

Xəlil Şirqolami Azərbayacana mətbəxində göy qutabı kimi tanınan “jenqyalov xats”ın dadına da baxıb, doğrudur tərcüməçidən fərqli olaraq, qısa dialoqda “artsax” deyil, “Qarabağ” sözünü işlədib. Diplomatın iştahası və ya yemək zövqü barədə fikir yürütmək düzgün olmazdı, lakin qondarma bir coğrafi adı daşıyan pavilyona baş çəkməsinə məntiqli izah tapmaq çətindir.

Rəsmi Bakı Tehrandan izahat istəməlidirmi?

Deputat Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında hadisənin yalnız mədəni tədbir çərçivəsində qiymətləndirilməsinin doğru olmadığını bildirib: "Ermənistanın Sisian şəhərində, yəni bizim tarixi Qarakilsə şəhərimizdə baş verən hadisə əslində, bir festival hadisəsi deyil, eyni zamanda, bir səfirin orada Azərbaycana aid toponimi ermənilərə şamil edərək işlətməsi də deyil. Bu hadisə daha böyük məna daşıyır”.

HİKMET.jpeg (29 KB)

Deputatın fikrincə, əvvəlcə sual etmək lazımdır ki, nəyə görə məhz indi Sisian şəhərində Navasard festivalı keçirilir və nəyə görə İran səfiri orada iştirak edir: “Bu, İranın ənənəvi siyasətinin, Zəngəzur dəhlizinə qarşı olan siyasətinin festival üzərindən ismarıca çevrilməsi hadisəsidir. Çünki İranın rəsmi səfiri məhz bu festivalın təşkilatçılığında və iştirakında yer alır, eyni zamanda, özü şəxsən orada iştirak edir. Yəni hər bir səfir akkreditə olunduğu ölkədə öz dövlətinin rəsmi siyasətini həyata keçirir. Ona görə də bunun İranın siyasəti olduğunu əminliklə deyə bilərik".

Deputat hesab edir ki, məsələnin digər mühüm tərəfi Qərbi Zəngəzurun gələcəkdə regional kommunikasiya baxımından oynayacağı roldur: "Qərbi Zəngəzur mühüm kommunikasiya funksiyasını yerinə yetirməyə hazırlaşır. Əlbəttə ki, Qərbi Zəngəzur Şərqi Zəngəzur coğrafiyasına paraleldir, hətta tarixi baxımdan bitişik, bütöv bir ərazidir. Dolayısı ilə, tarixi kontekstdə İran səfiri həm də Azərbaycan torpaqlarında durub Azərbaycana “meydan oxuyur”. Yəni bunun başqa izahatını verməyə ehtiyac yoxdur. Nəticə etibarilə, Xəlil Şirqolami yaxşı bilir ki, orada nümayiş etdirilən mətbəx nümunələri də elə o coğrafiyanın toponimləri kimi Azərbaycana məxsusdur. Bu, bizi təəccübləndirmir".

Hikmət Babaoğlu Azərbaycanın bütün bu proseslərə cavabının isə artıq praktiki müstəvidə ortaya qoyulduğunu vurğulayıb: "Bütün bunlara Azərbaycanın cavabı isə odur ki, artıq TRIPP marşrutu, Zəngəzur dəhlizi real icra edilmə mərhələsinə qədəm qoyub. Azərbaycan prezidentinin Naxçıvanda olması ən bariz göstəricisidir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR