Onlayn ictimai-siyasi qəzet
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ və İsrail rəhbərliyini sərt şəkildə tənqid edib və Vaşinqtona açıq xəbərdarlıq ünvanlayıb.
Musavat.com xəbər verir ki, Laricani ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahunun “düşüncəsiz və təlxək davranışları” nəticəsində Amerika xalqını İranla ədalətsiz müharibəyə sürüklədiyini bildirib.
İran rəsmisinin sözlərinə görə, bu qarşıdurma artıq ABŞ üçün ciddi itkilərlə nəticələnib. O qeyd edib ki, cəmi bir neçə gün ərzində 500-dən çox amerikalı əsgərin həlak olması Vaşinqton üçün ciddi siqnal olmalıdır.
Laricani bildirib ki, Tramp indi özünə sual verməlidir:
“Bu qədər itkidən sonra ‘America First’ şüarı hələ də qüvvədədirmi, yoxsa artıq ‘Israel First’ə çevrilib?”
O, həmçinin vurğulayıb ki, qarşıdurma hələ başa çatmayıb və hadisələrin inkişafı ABŞ üçün daha ağır nəticələr doğura bilər.
İran rəsmisi əlavə edib ki, əgər İranın ali lideri ayətullah Əli Xameneinin “şəhid olması Allahın iradəsi ilə baş verərsə”, bunun əvəzini qarşı tərəf çox baha ödəyəcək.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ