İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Netanyahunu belə "həbs" etdi - VİDEO

ABŞ və İran arasında danışıqların davam etdiyi bir vaxtda Yaxın Şərqdə gərginlik artmaqdadır.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, hadisələr fonunda SEPAH-a yaxınlığı ilə tanınan “Fars News” agentliyi İsrailin baş naziri Benyamin Netanyahunun İranın xüsusi təyinatlıları tərəfindən qaçırıldığını əks etdirən animasiya videosu yayımlayıb.

Təbliğat xarakterli olduğu bildirilən və süni intellektlə hazırlanan animasiyada Netanyahunun qandallanaraq aparıldığı səhnələr yer alır. Video qısa müddətdə sosial mediada yayılaraq trend mövzusuna çevrilib.

Paylaşımın bölgədə siyasi və hərbi gərginliyin yüksəldiyi bir vaxta təsadüf etməsi diqqət çəkir. ABŞ-nin bölgəyə ikinci təyyarədaşıyan gəmi göndərdiyi, İsrailin isə İrana qarşı ritorikasını sərtləşdirdiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR