Onlayn ictimai-siyasi qəzet
İran vasitəsilə tədarük kanalının kəsilməsi fonunda Rusiyada smartfonların qiymətində artım qeydə alınıb.
Musavat.com xəbər verir ki, Yaxın Şərqdə yaranan gərginlik səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İran və Xəzər dənizi marşrutu ilə Rusiyaya paralel idxal məhsullarının daşınmasında ciddi çətinliklər meydana gəlib.
Nəticədə, iyul ayı ərzində Rusiyada smartfonların qiyməti ümumi inflyasiya göstəricisini üç dəfə üstələyərək orta hesabla 1,9% bahalaşıb.
Mütəxəssislər geopolitik xaosun yaratdığı bu cür tədarük axsamalarını yanacaq böhranı ilə yanaşı ölkədə inflyasiyanın sürətlənməsinin əsas səbəblərindən biri kimi dəyərləndirirlər.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ