Onlayn ictimai-siyasi qəzet
İranda yüksək rütbəli hərbi rəhbərlik ölkədə baş verən etiraz aksiyalarına və mümkün xarici təhdidlərə münasibət bildirib.
Musavat.com xəbər verir ki, İran ordusunun baş komandanı general Hatami bəyan edib ki, əgər düşmən səhvə yol verərsə, ona daha qətiyyətli cavab veriləcək və istənilən aqressorun “əli kəsiləcək”.
General Hatami etiraz aksiyalarına da toxunaraq bildirib ki, etirazlar istənilən ölkədə normal və təbii haldır. Onun sözlərinə görə, qeyri-adi və qəbuledilməz olan məsələ etirazların çox qısa müddətdə iğtişaşlara çevrilməsidir.
“Bu, mədəni İran xalqına xas deyil və şübhəsiz ki, düşmənlər tərəfindən planlaşdırılıb”, – deyə İran ordusunun baş komandanı vurğulayıb.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ